...

Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem yoxdur – hakim partiya

Siyasət Materials 4 Mart 2011 13:08 (UTC +04:00)
Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem yoxdur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib.
Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem yoxdur – hakim partiya

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem yoxdur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

"Partiyalar arasında dialoq daim olur. Parlamentin iclaslarında və yaxud digər toplantılarda müxtəlif formalarda daim dialoq var. Parlamentdə təmsil olunmayan partiyalarla isə müxtəlif tədbirlərdə görüşüb dialoqda oluruq. Biz onlarla dialoqda heç bir problem görmürük", - Qurbanlı bildirib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini qeyd edib ki, ATƏT-in Bakı ofisinin iqtidarla müxalifət arasında keçiriləcək görüşünə YAP və görüşdə iştirakı nəzərdə tutulan partiyaların hər hansı etirazı olmayıb.

"Tədbiri ATƏT-in Bakı ofisi özü təxirə salıb, YAP tədbirdə iştiraka razılıq verib və buna hazırıq", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti