...

Azərbaycan Parlamenti ombudsmanın illik məruzəsini təsdiq edib

Siyasət Materials 4 Mart 2011 16:29 (UTC +04:00)
Azərbaycan Parlamenti ombudsmanın 2010-cu il üçün hesabatını təsdiq edib
Azərbaycan Parlamenti ombudsmanın illik məruzəsini təsdiq edib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti ombudsmanın 2010-cu il üçün illik məruzəsini təsdiq edib.

Trend-in məlumatına görə, müzakirələr zamanı deputat Fazil Mustafa diqqəti hesabatdakı hüquq-mühafizə orqanlarının daxil olan müraciət və şikayətlərə layiqincə yanaşmamaları faktına yönəldib. Mustafa Ombudsman Aparatının Milli Məclisdə nümayəndəsinin təyin olunmasını təklif edib.

"Mill Məclisdə Ombudsman Aparatının nümayəndəsinin iştirakı bu struktura parlamentin insan hüquqları ilə bağlı müzakirələrində iştirak üçün imkan yaradacaq. Bu halda parlament və insan hüquqlarının qorunması üzrə struktur arasında əlaqə yaxşılaşacaq", - Mustafa bildirib.

Deputat Elmira Axundzadə müzakirələr zamanı deyib ki, Ombudsman Aparatı Azərbaycandakı intiharlarla bağlı hesabatı daha diqqətlə hazırlamalı, onların səbəblərini araşdırmalıdır.

Müzakirələr zamanı deputat Aydın Mirzəzadə ombudsmana müraciətlərin sayının çoxaldığını bildirərək, cəmiyyətin bu quruma etimadının artdığını qeyd edib. Eyni zamanda, Mirzəzadə hesabatın dövlət qurumlarına aid olan bəndlərinin icrasının nəticələri barədə məsələ qaldırıb.

"Hesabatda aidiyyəti qurumlara təkliflər var. Araşdırılmalıdır ki, həmin təkliflərin bu qurumlar tərəfindən icrası hansı səviyyədədir", - Mirzəzadə bildirib.

Xəbər lenti

Xəbər lenti