...

Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularını təltif edib

Siyasət Materials 9 Mart 2011 22:27 (UTC +04:00)
Prezident İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularını təltif etmək haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularını təltif etmək haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncama əsasən, Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıda adları göstərilən hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər:

Ağayev Məzahir Telman oğlu - polkovnik-leytenant

Dəmirçiyev Ələddin Lətif oğlu - polkovnik-leytenant

Zahidov Aydın Tofiq oğlu - polkovnik-leytenant

Hüseynov Salman Əli oğlu - mayor

İbrahimov Elxan Paşa oğlu - tibb xidməti mayoru

İsmayılov Ələddin Paşa oğlu - mayor

İbrahimov Qadir Telman oğlu - kapitan

Novruzov Tural Natiq oğlu - kapitan

Pənahov Səbuhi Faiq oğlu - kapitan

Rzayev Zaur Elman oğlu - kapitan

Bağırov Ramiz İsrafil oğlu - leytenant

Məmmədov Elman Yusif oğlu - əsgər (ölümündən sonra)

Sadıqov Yaqub Qasım oğlu - əsgər (ölümündən sonra)

Xəbər lenti

Xəbər lenti