...

Bakıda Müsavat Partiyasının icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb

Siyasət Materials 12 Mart 2011 14:33 (UTC +04:00)
Bakıda müxalif Müsavat Partiyasının təşkil etdiyi icazəsiz mitinqə cəhdin qarşısı alınıb.
Bakıda Müsavat Partiyasının icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir T.Hacıyev/

Bakıda müxalif Müsavat Partiyasının təşkil etdiyi icazəsiz mitinqə cəhdin qarşısı alınıb.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, paytaxtın Fəvvarələr meydanı ətrafında, "McDonald's" restoranının qarşısında Müsavat Partiyasının icazəsiz etiraz aksiyasının qarşısı polislər tərəfindən alınıb.

Müsavat Partiyası etiraz aksiyasını əvvəlcə "Təbriz" kinoteatrının qarşısında keçirmək istəyirdi.

Bakı şəhər İcra Hakimiyyəti isə aksiyanı "Bibiheybət" stadionunda keçirməyi təklif edib. İcra Hakimiyyəti hesab edir ki, kinoteatr nəqliyyatın intensiv olduğu ərazidə yerləşdiyi üçün aksiya keçirməyə münasib deyil.

Bundan sonra partiya Fəvvarələr meydanında icazəsiz aksiya keçirmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti