...

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin Xocalı faciəsi ilə bağlı məqaləsi ABŞ qəzetində dərc olunub

Siyasət Materials 17 Mart 2011 02:33 (UTC +04:00)
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin Xocalı faciəsi ilə bağlı məqaləsi ABŞ qəzetində dərc olunub
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin Xocalı faciəsi ilə bağlı məqaləsi ABŞ qəzetində dərc olunub

Azərbaycan, Bakı, 17 mart /Trend/

Xocalı faciəsi ilə bağlı Nyu-Yorkda rus dilində buraxılan "Yeni Hədd" (Новый Рубеж) qəzetində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfiri Aqşin Mehdiyevin "Xocalı soyqırımı - XX əsrin dəhşətli faciələrindən biridir" (Ходжалинский геноцид - одна из чудовищных трагедий ХХ века) adlı məqaləsi çap edilmişdir. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin məlumatında bildirilir.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin Xankəndi şəhərində y erləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdikləri və şəhəri yerlə yeksan edərək dinc əhaliyə divan tutduqları barədə oxuculara ətraflı məlumat verilir. Eyni zamanda məqalədə Xocalının strateji əhəmiyyəti, soyqırımının törədilməsi səbəbləri, hadisələrin gedişatı və onun nəticələri barədə bildirilir.

Qəzetin elə həmin sayında Xocalı soyqırımı qurbanlarının İsraildə yad edilməsinə dair məqalə də çap edilmişdir. Məqalədə adıçəkilən tədbir barədə məlumat verilir, Xocalı soyqırımını törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin və cəzalandırılmasının vacibliyi vurğulanılır.

Xəbər lenti

Xəbər lenti