Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Tariverdiyeva/
Martın 17-də Moskva Dövlət Universitetində "Qazaxıstanda prezident seçkiləri. Rusiyadan baxış" məruzəsinin təqdimatı keçirilib.
Nursultan Nazarbayevin Moskvaya səfərinə həsr edilən təqdimatda Rusiya, Azərbaycan, Qazaxıstan və İsraildən olan ekspertlər iştirak ediblər. Məruzə Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasovun başçılığı ilə MDU, Rusiya Dövlət Humanitar Universiteti və Avrasiya Ekspert Forumunun müətəxəssislərdən ibarət ekspert qrupu tərəfindən hazırlanıb.
"Qazaxıstanda seçkilərin nəticələri şübhə doğurmur", - Vlasov Trend-ə deyib.
"Qazaxıstanın hazırkı liderinin mövqeyi möhkəmdir, real müxalifət seçkilərdə iştirak etmir, lakin bu olmasaydı belə, ümumi nəticəyə əhəmiyyətli təsir göstərməyəcəkdi", - Vlasov qeyd edib. Onun sözlərinə görə, Qazaxıstanın MDB üzrə əsas tərəfdaşları - Rusiya və Azərbaycan Astana ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün siyasi kursun ardıcıllığının qorunmasında maraqlıdırlar.
"Bakı üçün Qazaxıstanla enerji dialoqu milli təhlükəsizliyin mühüm komponentidir", - ekspert hesab edir.
Vlasovun sözlərinə görə, deməli, seçkilərin gözlənilən nəticəsi Azərbaycan və Rusiyada müsbət qarşılanacaq.
"Bizim ölkələrdə gündəlik oxşardır - iqtisadiyyatın şaxələndirilməsi kursu, innovasiyaların inkişafı, insani kapitalın mütəmadi artırılması", - Vlasov bildirib.