...

Türkiyə Prezidenti Azərbaycanla strateji əməkdaşlıq haqqında müqaviləni ratifikasiya edib

Siyasət Materials 29 Mart 2011 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Axundov/

Türkiyə Prezidenti Abdulla Gül bazar ertəsi Azərbaycanla strateji əməkdaşlıq haqqında müqaviləni ratifikasiya edib. Trend-in məlumatına görə, bu barədə "CNN Turk" telekanalı xəbər verib.

Müqavilə martın əvvəlində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında ratifikasiya olunub.

Fevralın 17-də TBMM-in Xarici əlaqələr komissiyası 2010-cu il avqustun 16-da imzalanan və 2010-cu il dekabrın 22-də Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilən Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin bəyənilməsinə dair qanun layihəsini hazırlayıb. Komissiya bu müqavilənin ratifikasiyası haqqında qanun layihəsinə 2010-cu il dekabrın 24-də baxmağa başlayıb. Qanun layihəsi Parlamentə dekabrın 8-də daxil olub.

Xəbər lenti

Xəbər lenti