...

Azərbaycanın müxalif partiyaları yeni birliyin yaranmamasında həmkarlarını qınayırlar

Siyasət Materials 29 Mart 2011 18:17 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) müxalifət düşərgəsinin mümkün təşkilatlandırılması istiqamətində səylərini daha da sürətləndirəcəklərini bəyan ediblər.
Azərbaycanın müxalif partiyaları yeni birliyin yaranmamasında həmkarlarını qınayırlar

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) müxalifət düşərgəsinin mümkün təşkilatlandırılması istiqamətində səylərini daha da sürətləndirəcəklərini bəyan ediblər. Trend-in məlumatına görə, bu barədə VİP və ALP-nin çərşənbə axşamı yaydığı birgə məlumatda deyilir.

"ALP və VİP olaraq, müxalifətin geniş spektrli birliyinin yarana bilməməsinə təəssüflənirik və iştirak edəcəyimiz əməkdaşlıq formasının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətimizin nəticəsinə dair yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək", - bəyanatda qeyd edilir.

VİP və ALP sədrləri Əli ƏliyevƏvəz Temirxan bu təşəbbüs çərçivəsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ilə müxalifətin dayanıqlı birliyinin qurulması ilə bağlı müzakirələr aparıblar. VİP və ALP sədrləri eyni mövzuda müzakirələrin aparılması məqsədi ilə martın 17-də Müsavat Partiyasının başqanı İsa Qəmbərə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə yazılı müraciət göndəriblər. Müraciətdə Müsavat başqanı və AXCP sədrinin martın 27-nə kimi ALP və VİP sədrlərinin təklifinə rəsmi münasibət bildirilmələri istənilmişdi. Göstərilən müddətin başa çatmasına baxmayaraq, İsa Qəmbər və Əli Kərimli onlara ünvanlanmış təklifə nə yazılı, nə də şifahi formada hər hansı münasibət bildirməyiblər.

"VİP və ALP Müsavat Partiyası ilə AXCP-nin bu yanaşmasından təəssüflənir və onların belə mövqe sərgiləmələrini müxalifət qüvvələrinin bir araya gəlməsində maraqlı olmadıqlarının göstəricisi kimi qiymətləndirir", - məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti