...

Daxili İşlər Nazirliyinin müdavimlərinin andiçmə mərasimi keçirilib

Siyasət Materials 30 Mart 2011 18:07 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Milli Məclisin deputatı Rafael Hüseynov iştirak ediblər.
Daxili İşlər Nazirliyinin müdavimlərinin andiçmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 30 mart /Trend/

Çərşənbə günü Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Milli Məclisin deputatı Rafael Hüseynov iştirak ediblər.

Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev mərasimi giriş sözü ilə açaraq dinləyiciləri təbrik edib, yüksək təhsil və tədris üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, ilkin hazırlıq kurslarındakı 3 aylıq təlim-təhsil müddətində dinləyicilərə 17 fənn üzrə 142 mövzu tədris olunub, çoxsaylı praktiki məşğələlər, təcrübi təlimlər və işgüzar oyunlar keçirilib. Gənc əməkdaşlar imtahanlarda xüsusi, atəş və fiziki hazırlıq fənlərindən yüksək nəticələr əldə ediblər.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov bildirib ki, sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, ümumilikdə gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir.

Məhz həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, bu gün Vətənə və xalqa sədaqət andı içən 553 gənc polis nəfəri daxili işlər orqanlarında xidmətə başlayacaq.

Tədrisi başa vurmuş dinləyicilər Vətənə, dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən dövlət qayğısını, diqqəti nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz veriblər.

Onlar qeyd ediblər ki, Azərbaycan gəncliyi, Azərbaycan polisi ölkə Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hər an hazırdır.

Tədbirin sonunda dinləyicilərin təntənəli keçidi olub.

Xəbər lenti

Xəbər lenti