...

MDB XİN Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini təmsil edəcək

Siyasət Materials 4 Aprel 2011 18:39 (UTC +04:00)
MDB Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçirilən iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
MDB XİN Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini təmsil edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir S.Ağayeva/

MDB Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçirilən iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

MDB XİN Şurasının növbəti iclası aprelin 8-də Kiyevdə keçiriləcək. Görüşdə MDB dövlət başçılarının iyunda Böyük Vətən müharibəsinin başlanmasının 70-ci ildönümü ilə əlaqədar müraciətinin mətni, dekabrda MDB-nin 20 illiyi münasibətilə müraciətinin mətni, MDB hava hücumundan birgə müdafiəyə dair sazişlə bağlı layihə, həmçinin, Fundamental Elm sahəsində Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş layihəsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti