Azərbaycan Prezidenti İlham Əliyev Ağaqurban Qurban oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin ərazisində Aağaqurban Əliyevin büstünün qoyulmasını təmin etmək; Bakı şəhər İcra Hakimiyyətinə Əliyevin yaşadığı binaya xatirə lövhəsi vurulmasını təmin etmək; Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Təhsil Nazirliyinə ARDNŞ ilə birlikdə Ağaqurban Əliyevin fəaliyyətinə həsr olunmuş konfrans keçirmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2011-ci ilin may ayında görkəmli neftçi-geoloq, SSRİ Dövlət mükafatı laureatı, professor Ağaqurban Qurban oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.