...

Dairə Seçki Komissiyaları seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına təhvil veriblər

Siyasət Materials 7 Aprel 2011 09:36 (UTC +04:00)
Dairə Seçki Komissiyaları seçici siyahılarını Azərbaycan Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend-ə bildirilib.
Dairə Seçki Komissiyaları seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına təhvil veriblər

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Dairə Seçki Komissiyaları seçici siyahılarını Azərbaycan Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend-ə bildirilib.

Məlumata əsasən,vahid seçicilər siyahısının dəqiqləşdirilməsi davam etdirilir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi artıq dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Hazırda Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirir. Bu proses ən geci mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə ən azı 25 gün qalmış dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti