...

Lalə Şövkət müxalifətin bir araya gəlməməsinin səbəbini açıqlayıb

Siyasət Materials 11 Aprel 2011 12:32 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) fəallarının birgə müşavirəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ALP-nin məlumatında bildirilir.
Lalə Şövkət müxalifətin bir araya gəlməməsinin səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) fəallarının birgə müşavirəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ALP-nin məlumatında bildirilir.

Müşavirədə ALP lideri, professor Lalə Şövkət çıxış edərək, müxalifətdaxili inteqrasiyaya böyük ehtiyac duyulduğunu, lakin bəzi siyasi qüvvələrin əməkdaşlıq məsələsində qeyri-səmimi olduqlarını bildirib. ALP lideri məhz bu qeyri-səmimiliyin yaratdığı qarşılıqlı etimadsızlığı müxalifətin bir araya gəlməsinə mane olan faktor kimi göstərib.

Toplantıda VİP sədri Əli Əliyev partiyası ilə ALP arasında uzun müddətdir davam edən və getdikcə dərinləşən müttəfiqlik münasibətlərinin olduğunu və bu münasibətlərin daha da möhkəmləndiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti