...

Azərbaycanda məcburi auditdən yayınanlar inzibati məsuliyyətə cəlb olunacaq

Siyasət Materials 14 Aprel 2011 19:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Auditor xidməti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə qanunu təsdiq edib.
Azərbaycanda məcburi auditdən yayınanlar inzibati məsuliyyətə cəlb olunacaq

Azərbaycan Prezidenti İlham Əliyev "Auditor xidməti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə qanunu təsdiq edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Qanuna görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

İnzibati Xətalar Məcəlləsinə isə məcburi auditdən yayınma ilə bağlı 247-3-cü maddə əlavə edilib.

Maddədə qeyd olunur ki, qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Xəbər lenti

Xəbər lenti