...

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 18 Aprel 2011 18:22 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi Bakıda Türkiyənin quru qoşunları komandanı, ordu generalı Erdal Ceylanoğlu ilə görüşüb.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi Bakıda Türkiyənin quru qoşunları komandanı, ordu generalı Erdal Ceylanoğlu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, geniştərkibli görüşdə Əbiyev Türkiyə ilə Azərbaycanı birləşdirən qırılmaz tellərin getdikcə bərkidiyini və bu qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirib.

Eyni fikri bölüşən türkiyəli qonaq da bu qardaşlığın daha yüksəklərə ucaldılmasının vacibliyini vurğulayıb.

Hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri görüş zamanı aparılan müzakirələrin əsas mahiyyətini təşkil edib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıç və Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Özhan Ayaş iştirak edib.

Xəbər lenti

Xəbər lenti