...

Azərbaycan Prezidenti Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 19 Aprel 2011 19:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan Prezidenti Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti