...

İlham Əliyev "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncam imzalayıb

Siyasət Materials 20 Aprel 2011 19:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb
İlham Əliyev "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncam imzalayıb

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamla "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilib:

Redaksiya heyətinin sədri:
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Redaksiya heyəti sədrinin müavini:
Mahmud Kərimov - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti

Məsul katib:
Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Redaksiya heyətinin üzvləri:
Elmar Məmmədyarov - xarici işlər naziri
Şahin Mustafayev - iqtisadi inkişaf naziri
Natiq Əliyev - sənaye və energetika naziri
Ziya Məmmədov - nəqliyyat naziri
İsmət Abasov - kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri
Misir Mərdanov - təhsil naziri
Oqtay Şirəliyev - səhiyyə naziri
Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov - idman və gənclər naziri
Arif Vəliyev - Dövlət Statistika Komitəsinin sədri
Akif Əlizadə - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru
Xoşbəxt Yusifzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru
Əhliman Əmiraslanov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Budaq Budaqov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru
Abel Məhərrəmov - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti