Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayon məhkəməsinin hakimi Qubadəli Əli oğlu Rzayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Qubadəli Rzayevin səlahiyyətlərinə işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə vaxtından əvvəl xitam verilib.