...

Dmitri Medvedev Kremldən getdikdən sonra nə işlə məşğul olacağını açıqladı

Siyasət Materials 25 Aprel 2011 17:58 (UTC +04:00)
Dmitri Medvedev Kremldən getdikdən sonra nə işlə məşğul olacağını açıqladı
Dmitri Medvedev Kremldən getdikdən sonra nə işlə məşğul olacağını açıqladı

Trend-i buradan izləyin

Rusiya Prezidenti Dmitri Medvedev dövlət başçısı vəzifəsindən getdikdən sonra nə ilə məşğul olacağını bilmir, lakin əmindir ki, maraqlı iş tapa biləcək.

Trend-in məlumatına görə, Medvedev bazar ertəsi "Yağış. Optimistic Channel" telekanalının birbaşa efirində "prezident vəzifəsindən getdikdən sonra nə işlə məşğul olacaqsınız" sualını cavablandıran zaman qeyd edib ki, bu, hakimiyyətdən getdikdən sonra özünə yer tapacaq o qədər də sadə şey deyil.

"Mən nə edəcəyəmi bilmirəm, səmimi deyirəm, lakin əminəm ki, özümə iş tapacağam, həm də maraqlısını", - o qeyd edib.

"O vaxta kimi "Skolkovo" Moskva idarəetmə məktəbində hər şey normal olsa, mən orada dərs demək istərdim. Təkcə "Skolkovo"da deyil, başqa yerlərdə dərs demək istərdim", - Medvedev bildirib.

Onun fikirincə, dövlətə rəhbərlik etmiş istənilən siyasətçi üçün öz təcrübəsini bölüşməsi vacibdir. "Bu, insanların əksərriyyəti üçün maraq doğurur", - o hesab edir.

Rusiya dövlətinin başçısı bildirib ki, yeni texnologiyaların tərəqqisi ilə məşğul olmaq onun üçün maraqlı olardı.

"Əgər alınsa, mən kütləvi informasiya vasitələri ilə də məşğul olmaq istərdim. Bu, maraqlıdır", - Medvedev əlavə edib.

Xəbər lenti

Xəbər lenti