...

MTN-in Heydər Əliyev adına Akademiyasının əməkdaşları və kursantları Heydər Əliyev Fondunda olublar

Siyasət Materials 27 Aprel 2011 16:04 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları və kursantları aprelin 27-də Heydər Əliyev Fondunda olublar.
MTN-in Heydər Əliyev adına Akademiyasının əməkdaşları və kursantları Heydər Əliyev Fondunda olublar

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları və kursantları aprelin 27-də Heydər Əliyev Fondunda olublar.

Trend-in məlumatına görə, qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilib.

Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

Akademiyanın müəllim və kursantları fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetiriblər. Qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa ediblər.

Akademiyanın müəllim və kursantları Fonddan zəngin təəssüratla ayrılıblar.

Xəbər lenti

Xəbər lenti