...

Azərbaycanın xarici işlər naziri Küveytin Diplomatik Akademiyasının rəhbərini qəbul edib

Siyasət Materials 27 Aprel 2011 17:29 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytin Diplomatik Akademiyasının rəhbəri Əbdüləziz əş-Şarexi qəbul edib.
Azərbaycanın xarici işlər naziri Küveytin Diplomatik Akademiyasının rəhbərini qəbul edib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytin Diplomatik Akademiyasının rəhbəri Əbdüləziz əş-Şarexi qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı əş-Şarex Azərbaycan Diplomatik Akademiyasının təsis edilməsini və fəaliyyət təcrübəsini yüksək qiymətləndirdiyini vurğulayıb. O, Azərbaycanda təhsilə yüksək əhəmiyyət verildiyini qeyd edib.

Əş-Şarex Azərbaycanın xarici işlər naziri Məmmədyarova Küveytin xarici işlər naziri Şeyx Məhəmməd əs-Səlim əs-Sabahın salamlarını çatdırıb.

Azərbaycan-Küveyt münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini deyən Məmmədyarov təhsilə qoyulan sərmayənin ən mühüm yatırım olduğunu da qeyd edib. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri tərəflər arasında gənc diplomatların və ekspertlərin mübadiləsinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Söhbət əsnasında qarşılıqlı maraq kəsb edən ikitərəfli və regional məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti