...

Bakıda aprelin 2-də keçirilən qanunsuz aksiya ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb

Siyasət Materials 28 Aprel 2011 13:36 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, həyata keçirilən istintaq hərəkətləri nəticəsində Elnur İsrafilov və Rüfət Hacıbəyliyə ittiham elan olunub.
Bakıda aprelin 2-də keçirilən qanunsuz aksiya ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

İctimai Palata adlanan qurumun aprelin 2-də keçirdiyi qanunsuz aksiya ilə bağlı daha iki nəfərə qarşı ittiham irəli sürülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, həyata keçirilən istintaq hərəkətləri nəticəsində Elnur İsrafilov və Rüfət Hacıbəyliyə ittiham elan olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

Aprelin 2-də baş vermiş hadisə ilə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti