...

Azərbaycan gənclər və idman naziri Naxçıvan Open 2011 Şahmat festivalının bağlanışında iştirak edəcək

Siyasət Materials 30 Aprel 2011 18:30 (UTC +04:00)
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Naxçıvan Open 2011 Şahmat festivalının bağlanışında iştirak edəcək.

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Naxçıvan Open 2011 Şahmat festivalının bağlanışında iştirak edəcək. Trend-ə bu barədə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Naxçıvan Muxtar Respublikasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Naxçıvan Open 2011 Şahmat festivalı 1 may tarixində sona çatır.
23 aprel tarixindən start götürmüş festivalda Azərbaycan da daxil olmaqla 12 ölkədən 160-a yaxın şahmatçı iştirak edirdi.

Bağlanış Festival Naxçıvan Şahmat mərkəzində saat 18.00-da olacaq.

Xəbər lenti

Xəbər lenti