Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Özbəkistanın baş prokurorunun Azərbaycana səfəri başlayır.
Bazar ertəsi hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, Özbəkistanın baş prokuroru Rəşid Kadırov Bakıya azərbaycanlı həmkarı Zakir Qaralovun rəsmi dəvəti ilə gəlir.
Mayın 5-dək davam edəcək səfər ərzində iki ölkənin prokurorluq orqanları arasındakı münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunacaq.
Səfər ərzində Kadırovun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü də nəzərdə tutulub.