...

Azərbaycanın xarici işlər naziri Serbiya və Monteneqroya rəsmi səfərlər edəcək

Siyasət Materials 2 May 2011 18:31 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 3-5-də Serbiya Respublikasına və Monteneqroya rəsmi səfərləri nəzərdə tutulub.
Azərbaycanın xarici işlər naziri Serbiya və Monteneqroya rəsmi səfərlər edəcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 3-5-də Serbiya Respublikasına və Monteneqroya rəsmi səfərləri nəzərdə tutulub. Bu barədə bazar ertəsi Trend-ə XİN-in mətbuat xidməti məlumat verib.

Serbiya səfəri çərçivəsində Məmmədyarovun Serbiya Prezidenti Boris Tadiç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyaiç, Baş nazirinin birinci müavini və daxili işlər naziri İvitsa Daciç, Serbiya Milli Assambleyasının prezidenti xanım Slavitsa Cukiç Deyanoviç və Serbiyanın Baş Naziri Mirko Tsvetkoviç ilə görüşləri gözlənilir.

Monteneqroya səfəri zamanı Məmmədyarovun bu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Milan Roçen, Monteneqronun Baş naziri İqor Lukşiç, Monteneqro parlamentinin spikeri Ranko Krivikapiç, Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşləri planlaşdırılıb.

Hər iki səfər zamanı ikitərəfli münasibətlər, regional təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə mövzusu olacaq.

Xəbər lenti

Xəbər lenti