...

Azərbaycanın tarix dərsliklərinə dəyişikliklər edilməlidir - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 3 May 2011 16:24 (UTC +04:00)
Azərbaycanın ümumtəhsil müəssisələrinin tarix dərsliklərinə ölkənin tarixi ilə bağlı dəyişikliklər edilməlidir. Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov belə hesab edir.
Azərbaycanın tarix dərsliklərinə dəyişikliklər edilməlidir - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ümumtəhsil müəssisələrinin tarix dərsliklərinə ölkənin tarixi ilə bağlı dəyişikliklər edilməlidir. Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov belə hesab edir.

"Azərbaycan Təhsil Nazirliyi ilə bu istiqamətdə müvafiq işlər aparılacaq", - Trend-in məlumatına görə, Aslanov "Azərbaycan gəncliyi 2011-2015 -ci illərdə" Dövlət Proqramının hazırlanması üzrə ictimai müzakirələr zamanı bildirib.

"Bizə Azərbaycanın tarixini və milli ideyanı dərindən mənimsəmiş gənclər lazımdır. Biz "Mən azərbaycanlıyam" deyərkən fəxr etməliyik və bu hissi intellektual potensialımız, qabiliyyətimiz, yaradıcılığımız vasitəsilə başqalarına ötürməliyik", - Aslanov deyib.

Onuun sözlərinə görə, iqtisadi göstəricilərinə görə regionda liderə çevrilən Azərbaycan insan potensialına görə də təkcə regionda deyil, bütün dünyada lider olmalıdır.

Çərşənbə axşamı Bakıda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması üzrə ictimai müzakirələr keçirilib. Müzakirələr zamanı iştirakçılar gənclərin sosial müdafiəsi, gənclərin məşğulluğu və onların sahibkarlıq fəaliyyətinə dəstək, gənclərin vətənpərvərlik tərbiyəsi, gənclərin elmi, yaradıcılıq potensialının inkişafı, vətəndaş cəmiyyətinin idarə olunmasında onların iştirakı mövzularını qaldırıblar.

Azərbaycan Prezidenti aprelin 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncamda Prezident Administrasiyasına iki ay ərzində Dövlət Proqramı layihəsinin hazırlanıb dövlət başçısına təqdim edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti