...

Qahirədə Fələstin barışığı haqqında sazişin imzalanması mərasimi başlayıb

Siyasət Materials 4 May 2011 16:35 (UTC +04:00)
Fələstinin siyasi arenasında daxili parçalanmaya son qoyacaq və FƏTH ilə HƏMAS hərəkatlarını tamamilə barışdıracaq Fələstin barışığı haqqında sazişin rəsmi imzalanma mərasimi çərşənbə günü Qahirədə, yerli vaxtla saat 12:20-də başlayıb. Məlumatı RİA Novosti yayıb
Qahirədə Fələstin barışığı haqqında sazişin imzalanması mərasimi başlayıb

Fələstinin siyasi arenasında daxili parçalanmaya son qoyacaq və FƏTH ilə HƏMAS hərəkatlarını tamamilə barışdıracaq Fələstin barışığı haqqında sazişin rəsmi imzalanma mərasimi çərşənbə günü Qahirədə, yerli vaxtla saat 12:20-də başlayıb. Məlumatı RİA Novosti yayıb.

Trend-in məlumatına görə, sazişin imzalanması mərasimi FƏTH rəhbəri və Fələstin Milli Muxtariyyətinin (FMM) başçısı Mahmud Abbasın və HƏMAS lideri Xalid Məşəlin iştirakı ilə keçirilir. Mərasimdə Fələstinin nisbətən ən iri 11 fraksiyasının nümayəndələri də iştirak edir. İmzalanma Misirin ümumi kəşfiyyat xidmətinin mənzil-qərargahında keçirilir.

Mərasimdə Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələrin nümayəndələri, ƏDL-in baş katibi Əmr Musa, BMT-nin baş katibi Pan Gi Munun xüsusi nümayəndəsi, Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu və Türkiyənin xarici işlər naziri iştirak edir.

Çərşənbə axşamı Misir paytaxtında Fələstin dialoqunda iştirak edən bütün Fələstin qruplaşmaları nümayəndələrinin geniş iclası keçirilib. Bu iclasın gedişində Fələstinin bütün siyasi qüvvələri bundan əvvəl razılaşdırılmış FƏTH və HƏMAS sazişinə qoşulmağa razılıqlarını ifadə ediblər və aprelin 27-də Qahirədə Fələstin dialoqunun əsas iştirakçıları FƏTH və HƏMAS-ın işləyib hazırladıqları sənədə müxtəsər imza atıblar.

Aprelin 27-də FƏTH və HƏMAS-ın yüksək rütbəli nümayəndə heyətləri Misirin vasitəçiliyi ilə keçirilən Fələstin barışığı üzrə danışıqlar zamanı bütün mübahisəli məsələlərlə bağlı ilkin razılaşmaya nail olublar.

Xəbər lenti

Xəbər lenti