...

"Yeni Azərbaycan" qəzeti ulu öndər Heydər Əliyevlə bağlı xüsusi buraxılış hazırlayıb

Siyasət Materials 10 May 2011 16:42 (UTC +04:00)
"Yeni Azərbaycan" qəzeti müasir Azərbaycan dövlətinin xilaskarı, banisi və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var" adlı xüsusi buraxılış hazırlayıb.
"Yeni Azərbaycan" qəzeti ulu öndər Heydər Əliyevlə bağlı xüsusi buraxılış hazırlayıb

Azərbaycan, Bakı, 10 may /Trend/

"Yeni Azərbaycan" qəzeti müasir Azərbaycan dövlətinin xilaskarı, banisi və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var" adlı xüsusi buraxılış hazırlayıb.

İyirmi dörd səhifəlik, rəngli formatda və yüksək keyfiyyətli kağızda çap olunmuş nəşrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarında çalışdığı, 1969-cu ildə respublikamıza ilk dəfə rəhbərliyə gəldiyi və 1993-cü ildə müasir Azərbaycanı vətəndaş müharibəsindən, xaosdan və anarxiyadan xilas edərək inkişaf yoluna çıxardığı tarixi məqamlar analitik yazılar və şəkillərlə verilib.

Bununla yanaşı, ulu öndər Heydər Əliyevin təhsil, səhiyyə, ordu, gənclər, mədəniyyət və xarici siyasət sahəsindəki fəaliyyətinə də nəzər salınıb. Buraxılışda "Müstəqil Azərbaycanın iqtisadi və siyasi əsaslarını ulu öndər Heydər Əliyev yaratdı", "Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur", "Azərbaycanın yeni neft strategiyası respublikamızın dünyada ən etibarlı enerji tərəfdaşına çevrilməsinə səbəb oldu", "Ulu öndərin yaratdığı Azərbaycan Ordusu dövlətimizin və xalqımızın qarşısındakı ən şərəfli missiyanı yerinə yetirməyə hazırdır", "Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla olimpiya zirvələrinə doğru uğurla addımlayır", "Azərbaycan gəncləri cəmiyyətimizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayır", "Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu Azərbaycana böyün nailiyyətlər qazandırdı", "Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyur", "Azərbaycanda təhsilin inkişafı ümummilli liderin adı ilə bağlıdır", "Milli mədəniyyətimizin qorunmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir" və "İnkişafın Azərbaycan modeli..." başlıqlı məqalələr öz əksini tapıb.

Xüsusi buraxılışda, həmçinin, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində əldə olunmuş nailiyyətlərə də toxunulub.

Nəfis tərtibatda çap edilmiş xüsusi buraxılışın son səhifəsində isə ulu öndər Heydər Əliyevin ailə şəkilləri dərc olunub.

Xəbər lenti

Xəbər lenti