...

Azərbaycan Milli Məclisi Avropa Parlamentinə etiraz məktubu göndərib

Siyasət Materials 17 May 2011 17:03 (UTC +04:00)
Azərbaycan Milli Məclisi çərşənbə axşamı Avropa Parlamentinə qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət ünvanlayıb.
Azərbaycan Milli Məclisi Avropa Parlamentinə etiraz məktubu göndərib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi çərşənbə axşamı Avropa Parlamentinə qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət ünvanlayıb.

"Biz yaxşı anlayırıq ki, demokratiya təkcə institusional xarakter daşımır, lakin təfəkkürdə yaranmalıdır. Regionda insan haqlarının böyük miqyasda pozulduğu, qətnamədə qeyd edildiyi kimi, insan hüquqlarının tapdalandığı ölkələr var. Lakin qətnamədə onların arasında məhz Azərbaycan fərqləndirilir. Hesab edirik ki, bu, qərəzli xarakter daşıyır", - müraciətdə qeyd olunur.

Avropa Parlamenti mayın 12-də Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətə dair tənqidi qətnamə qəbul edib.

"Cəmiyyət tərəfindən dəstəklənməyən siyasi qrupların qanunsuz aksiyalar keçirməsinin qarşısını almaq cəhdləri insan haqları və demokratiyanın pozulması kimi qiymətləndirilməməlidir", - sənəddə deyilir.

Daha sonra müraciətdə deyilir ki, Avropa ölkələrində də təşkilatların qanunsuz aksiya keçirmək cəhdlərinin qarşısının alınması ilə bağlı tədbirlərin görüldüyü hamıya məlumdur.

Müraciət Milli Məclisin xüsusi komissiyası tərəfindən hazırlanıb. Komissiyaya deputat Valeh Ələsgərov rəhbərlik edir. Onun tərkibinə deputatlar Azay Quliyev, Əli Hüseynli, Fərəc Quliyev, Asim Mollazadə, Aytən Mustafayeva və Səməd Seyidov daxildirlər.

Xəbər lenti

Xəbər lenti