...

Avropa Parlamentinin prezidenti Azərbaycanda bir sıra partiya sədrləri ilə görüşüb

Siyasət Materials 20 May 2011 21:18 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin prezidenti Yerji Buzek ölkədəki bir sıra partiya sədrləri ilə görüşüb.
Avropa Parlamentinin prezidenti Azərbaycanda bir sıra partiya sədrləri ilə görüşüb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T. Hacıyev/

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin prezidenti Yerji Buzek ölkədəki bir sıra partiya sədrləri ilə görüşüb. Bu barədə Trend-ə cümə günü Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Avropa Parlamentinin prezidenti AXCP sədri Əli Kərimli, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Müsavat başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla görüşüb.

Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti