...

Serbiya Prezidenti Radko Mladiçin həbsini təsdiqləyib

Siyasət Materials 26 May 2011 16:21 (UTC +04:00)
Serbiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı birləşməsinin keçirdiyi xüsusi əməliyyat zamanı Bosniya serblərinin hərbi qüvvələrinin komandanı Radko Mladiç həbs olunub
Serbiya Prezidenti Radko Mladiçin həbsini təsdiqləyib

Azərbaycan, Bakı, 26 may /Trend/

Serbiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı birləşməsinin keçirdiyi xüsusi əməliyyat zamanı Bosniya serblərinin hərbi qüvvələrinin komandanı Radko Mladiç həbs olunub. Trend-in məlumatına görə, bunu Serbiya Prezidenti Boris Tadiç keçirdiyi mətbuat konfransında təsdiq edib.

Saxlanan şəxsin Radko Mladiç olub-olmadığı araşdırılırdı. O özünü xüsusi təyinatlılara Milorad Komadiç adı ilə təqdim edib. Həbs olunan şəxsdən DNK analizi götürülüb.

Yuqoslaviyada törədilmiş hərbi cinayətlər üzrə yaradılmış Beynəlxalq Tribunal Radko Mladiçi 1992-1995-ci illərdə Bosniya-Herseqovinada hərbi cinayətlər törətməkdə ittiham edir.

Avropa Birliyi Serbiya dövlətindən Radko Mladiçin həbs olunaraq təhvil verilməsini istəyirdi.

Xəbər lenti

Xəbər lenti