...

ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsinə yönəlib - hakim partiya

Siyasət Materials 27 May 2011 18:17 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad olunmasına yönəlib. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsinə yönəlib - hakim partiya

Azərbaycan, Bakı, 27 may /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad olunmasına yönəlib. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu bəyanat bir daha Azərbaycanın haqlı olduğunu göstərir.

Rusiya, ABŞ və Fransa prezidentləri Medvedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində [Dağlıq Qarabağ tənzimlənməsi üzrə] işi başa çatdırmağa çağırıblar.

Qurbanlı bildirib ki, Ermənistanın təcavüzkar olması bütün dünyaya məlumdur və təcavüzkar dövlət işğal etdiyi əraziləri azad etməlidir. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün danışıqların intensiv olması vacibdir.

"Əgər bu gün Ermənistan tərəfi məsələni həll etmək istəyirsə, Azərbaycanın irəli sürdüyü prinsipləri qəbul etməlidir. Əslində, bu prinsiplər beynəlxalq hüququn norma və prinsipləridir və tamamilə ədalətlidir. Amma biz görürük ki, Ermənistan tərəfi qeyri-konstruktivlik nümayiş etdirir. Problem Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Bu, ölkəmizin prinsipial mövqeyidir", - YAP icra katibinin müavini deyib.

Xəbər lenti

Xəbər lenti