...

Azərbaycanın Respublika Günü Bosniya və Herseqovinada qeyd olunub

Siyasət Materials 28 May 2011 11:17 (UTC +04:00)
Azərbaycanın Respublika Günü münasibətilə ölkənin Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilib.
Azərbaycanın Respublika Günü Bosniya və Herseqovinada qeyd olunub

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Respublika Günü münasibətilə ölkənin Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilib.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, tədbirə Bosniya və Herseqovina ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Bosniya və Herseqovinada yaşayan və təhsil alan azərbaycanlılar dəvət olunublar.

Azərbaycanın Bosniya və Herseqovinadakı müşaviri Yusif Vəzirov tədbir iştirakçılarına Azərbaycanın tarixi, 1918 - 1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikası, müstəqilliyimizi yenidən qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin ölkə və xalqına əvəzsiz xidmətləri, əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə məlumat verib.

Tədbirin sonunda Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib.

Xəbər lenti

Xəbər lenti