Gürcüstan, Tbilisi, 28 may /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan DİN Tbilisinin "Azadlıq meydanı" metrostansiyasının yaxınlığındakı mağazanın damından iki nəfərin meyitinin tapılması barədə məlumat verib. Trend-in məlumatına görə, Gürcütan DİN-in məlumatında deyilir ki, ilkin məlumatlara görə, hər iki kişi elektrik cərəyanın vurması nəticəsində həlak olub.
Hər iki şəxsin ölümünün mayın 26-na keçən gecə müxalifətin etiraz aksiyasının polis tərəfindən dağıdılması ilə əlaqədar olması ehtimalı da var.
Müstəntiqlər mərhumların hansı məqsədlə mağazanın damına çıxdıqlarını aydınlaşdırır.
Mayın 26-na keçən gecə müxalifətin Gürcüstan hüquq-mühafizə orqanları ilə toqquşması zamanı 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.