...

Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edib

Siyasət Materials 1 İyun 2011 18:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu ünvanlayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu ünvanlayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin hərtərəfli genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Ciorcio Napolitanoya möhkəm cansağlığı, işlərində uğurlar, dost İtaliya xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti