...

Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 3 İyun 2011 11:52 (UTC +04:00)
Qlobal Məsələlər üzrə Amerika Şuraları (World Affairs Councils of America - WACA) Liderlik Missiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü ilə təşkil edilir. Bu barədə cümə günü Trend-ə SAM-dan məlumat verilib.
Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Qlobal Məsələlər üzrə Amerika Şuraları (World Affairs Councils of America - WACA) Liderlik Missiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü ilə təşkil edilir. Bu barədə cümə günü Trend-ə SAM-dan məlumat verilib.

İyunun 5-dən 13-dək davam edəcək səfər Azərbaycanın ABŞ-ın Nyu-Mexiko ştatındakı fəxri konsulu Art Makafinin (Art McHaffie) rəhbərliyi ilə həyata keçiriləcək.

Azərbaycanla tanışlıq xarakteri daşıyan səfər çərçivəsində qonaqların Azərbaycanın bir sıra dövlət qurumlarında, elmi-tədqiqat mərkəzlərində, universitetlərdə görüşləri və bölgələrə səfərləri nəzərdə tutulub.

WACA-nın Liderlik Missiyası ölkə və regionla bağlı tədqiqatların aparılmasında, hesabatların hazırlanmasında və məlumatların etibarlı mənbədən alınmasında bu səfərin çox faydalı olacağını bildirir.

90 ilə yaxındır ki, ABŞ-da fəaliyyət göstərən WACA nüfuzlu, müstəqil, qeyri-kommersiya qurumudur və yerli nəhəng müstəqil şuralara dəstək verərək onları təmsil edir. Həmçinin təşkilat Amerika ictimaiyyətinin beynəlxalq məsələlər və qlobal problemlərlə bağlı maarifləndirməsi və siyasi müzakirələrə cəlb olunmasında geniş təcrübəyə malikdir. Hər il 500 000 insan təşkilatın xidmətlərindən faydalanır.

Xəbər lenti

Xəbər lenti