...

Azərbaycan ilə ABŞ arasında münasibətlər strateji xarakter daşıyır - XİN başçısı

Siyasət Materials 4 İyun 2011 05:31 (UTC +04:00)
ABŞ və Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır. Trend-in məlumatına görə, bunu cümə günü Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla görüşündən qabaq Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Azərbaycan ilə ABŞ arasında münasibətlər strateji xarakter daşıyır - XİN başçısı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Daraxşan/

ABŞ və Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır. Trend-in məlumatına görə, bunu cümə günü Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla görüşündən qabaq Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Hesab edirəm ki, Azərbaycan və ABŞ arasında münasibətlər yaxşı inkişaf edir. Qeyd etmək istərdim ki, bu münasibətlər strateji xarakter daşıyır", - Məmmədyarov deyib, məlumatı ABŞ Dövlət Departamentinin rəsmi saytı yayıb.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq dərinləşməli və möhkəmlənməlidir.

Azərbaycan XİN başçısı regiona sabitlik və sülh gətirməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll etməsi üzrə səylərə görə Hillari Klintona təşəkkür edib.

"Bu yaxınlarda [ABŞ, Rusiya və Fransa] prezidentləri bəyanat verdilər. Bu bəyanat nizamlanmayan münaqişənin beynəlxalq birliyinin diqqətində olması baxımından da faydalıdır. Biz hamımız daha inadla işləməliyik ki, [münaqişənin həllində] sıçrayışa nail olaq" deyə nazir bildirib.

Minsk qrupunun həmsədr ölkələri mayın 26-da Fransanın Dovil şəhərində "böyük səkkizliyi"in sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər.

Prezidentlər Medvedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində [Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə] işi başa çatdırmağa çağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti