...

Türkiyədə parlament seçkiləri başa çatıb

Siyasət Materials 12 İyun 2011 19:31 (UTC +04:00)
Türkiyədə keçirilən parlament seçkilırinə səs vermə başa çatıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Türkiyədə parlament seçkiləri başa çatıb

Azərbaycan, Bakı, 12 iyun /Trend

Türkiyədə keçirilən parlament seçkilırinə səs vermə başa çatıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Bu gün yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkilərinə start verilib.Parlament seçkilərində 15 siyasi partiya iştirak edib. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.

Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası olacaq.

Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.

Milli Məclisin nümayəndə heyəti Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinin tərkibində deputatlar Qənirə Paşayeva və Rafael Hüseynov var.

Türkiyədə keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edəcək.

Parlament seçkilərində artıq ölkənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan, prezident Abdullah Gül, müxalifət partiyalarının liderləri səs vermədə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti