...

Kazanda MDB Parlamentlərarası Assambleyanın iclası keçiriləcək

Siyasət Materials 17 İyun 2011 10:57 (UTC +04:00)
Bu gün Tatarıstanın paytaxtı Kazanda Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ukraynadan olan deputatların iştirakı ilə MDB Parlamentlərarası Assambleyasının mədəniyyət, informasiya, turizm və idman üzrə iclası açılacaq.
Kazanda MDB Parlamentlərarası Assambleyanın iclası keçiriləcək

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bu gün Tatarıstanın paytaxtı Kazanda Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ukraynadan olan deputatların iştirakı ilə MDB Parlamentlərarası Assambleyanın mədəniyyət, informasiya, turizm və idman üzrə iclası keçiriləcək.

"Parlamentarilər MDB iştirakçıları üçün vahid informasiya məcəlləsinin layihəsini müzakirə edəcəklər. İclasın proqramında "İdman hazırlığı haqqında", "Texnoloji parklar haqqında", "Mədəni irs obyektləri haqqında" modul qanunların layihələrinə də baxılacaq. "Birlik ölkələrinin qanunvericiliklərinin harmonizasiyası və yaxınlaşdırılması məsələlərinə baxılacaq", - Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxametşin deyib.

Qonaqlar Tatarıstanın minillik paytaxtını gəzəcək, Kazan Kremlində - YUNESKO-nun abidəsində, Qul Şərif məscidində və XVI əsrdə yaradılan Blaqoveşinsk pravoslav kilsəsində olacaqlar. Parlamentrailər qarşıdakı XXVII Ümumdünya Tələbə Oyunlarının idman obyektlərinə - Tennis Akademiyasına, "Burevestnik" üzgüçülük hovuzuna, Universiada Kəndinə də baş çəkəcəklər.

İyunun 18-də Birlik ölkələrinin nümayəndələri Zelenodolskda "Sabuntay" milli bayramında iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti