...

Azərbaycan Prezidenti BMT-nin Baş katibini təbrik edib

Siyasət Materials 22 İyun 2011 20:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Muna yenidən vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti BMT-nin Baş katibini təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Muna yenidən vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycan Respublikası ilə BMT arasındakı əməkdaşlığa böyük əhəmiyyət verir, başçılıq etdiyiniz təşkilatın mövcud qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən bütün məsələlərdə fəal mövqeyini hər cür dəstəkləyirik.

Ümidvaram ki, "Minilliyin inkişaf məqsədləri"nə, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar edilməsinə, insanların hüquq və azadlıqlarının təmin edilməsinə nail olmaq yolunda qarşıda duran vəzifələrin həlli istiqamətində birgə işimizi və səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bir daha Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə uğurlar diləyirəm", - təbrik məktubunda bildirilib.

Xəbər lenti

Xəbər lenti