...

Azərbaycandan kənarda korrupsiya cinayəti törətmiş ölkə vətəndaşları ölkə qanunları ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar

Siyasət Materials 24 İyun 2011 13:34 (UTC +04:00)
Azərbaycandan kənarda korrupsiya cinayəti törətmiş ölkə vətəndaşları xarici dövlətdə məhkum olunmadığı halda Azərbaycan Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Azərbaycandan kənarda korrupsiya cinayəti törətmiş ölkə vətəndaşları ölkə qanunları ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycandan kənarda korrupsiya cinayəti törətmiş ölkə vətəndaşları xarici dövlətdə məhkum olunmadığı halda Azərbaycan Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Trend-in məlumatına görə, Parlamentin iyunun 24-də keçirilən növbədənkənar iclasında Cinayət Məcəlləsinə bu barədə əlavə və dəyişikliklər edilib.

Dəyişikliklərə görə, Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmayıblarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycandan kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan vətəndaşlarının iştitarkı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayəti törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu məcəllə əsasında cinayət məsuliyətinə cəlb ediləcəklər.

Xəbər lenti

Xəbər lenti