...

Azərbaycan hərbiçiləri gələn ay bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 29 İyun 2011 11:22 (UTC +04:00)
Azərbaycan hərbiçiləri gələn ay bir sıra xarici ölkələrdə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbiçiləri gələn ay bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hərbiçiləri gələn ay bir sıra xarici ölkələrdə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iyulun 17-dən avqustun 9-dək zabitlərimiz Türkiyədə açıq dəniz təlimində iştirak edəcəklər.

Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, hərbiçilərimiz iyulun 18-dən gələn il iyunun 17-dək Pakistanda Quru qoşunlarının komanda-qərargah kursuna qatılacaqlar.

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, iyulun 18-dən 22-dək hərbiçilərimiz Münhendə "Çoxmillətli mühitdə keçirilən sülhməramlı əməliyyatlarda iştirak üçün tibbi heyətin effektiv hazırlanması" mövzusunda 4-cü beynəlxalq təlim seminarda iştirak edəcəklər.

Zabitlərimiz Azərbaycan-ABŞ iş planına əsasən, iyulun 27-dən 31-dək Rumuniyada "Dəniz desant əməliyyatları" tədbirində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti