...

Fələstin Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 29 İyun 2011 13:07 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iyunun 29-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Fələstin Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iyunun 29-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Fələstin prezidenti ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülüb.

Fələstin Prezidenti Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fələstin Prezidenti Mahmud Abbas "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fələstinin və Azərbaycanın dövlət himnləri səslənib.

Sonra Prezident Mahmud Abbas Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. AIi qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti