...

Bakıda GUAM PA, Baltik və Benilüks Ölkələri assambleyalarının beynəlxalq konfransı keçiriləcək

Siyasət Materials 30 İyun 2011 14:12 (UTC +04:00)
Bakıda bu ilin oktyabrında GUAM Parlament Assambleyası, Baltik Assambleyası və Benilüks Ölkələri Assambleyasının iştirakı ilə beynəlxalq konfransı keçiriləcək.
Bakıda GUAM PA, Baltik və Benilüks Ölkələri assambleyalarının beynəlxalq konfransı keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda bu ilin oktyabrında GUAM Parlament Assambleyası, Baltik Assambleyası və Benilüks Ölkələri Assambleyasının iştirakı ilə beynəlxalq konfransı keçiriləcək. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib.

Onun sözlərinə görə, konfrans çərçivəsində qurumlar arasında iqtisadi, ticarət, təhsil, mədəniyyət, enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

"Azərbaycan tərəfinin təşəbbüsü ilə konfransın gündəliyinə uzunmüddətli münaqişələrlə bağlı məsələ də daxil edilib və bu kontekstdə Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılacaq", - nümayəndə heyətinin rəhbəri bildirib.

Məmmədov qeyd edib ki, birgə tədbirin keçirilməsi GUAM PA, Baltik Assambleyası və Benilüks Ölkələri Assambleyası arasında əlaqələrin inkişaf etdirilməsinə əhəmiyyətli təsir göstərəcək.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti