...

Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi məlum olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 İyul 2011 14:08 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Bakıya səfər edəcək.
Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi məlum olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Bakıya səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Səfər çərçivəsində Sergey Lavrovun Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.

Təsdiq edilməmiş məlumata görə, Sergey Lavrov Azərbaycana səfərindən sonra Ermənistana gedəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Azərbaycana səfər edəcək. Hazırda səfərin tarixi razılaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

Onun sözlərinə görə, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya işgüzar səfəri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti