...

Sadiq Müsavat funksioneri yeni təşkilat yaradır

Siyasət Materials 7 İyul 2011 12:02 (UTC +04:00)
Müsavat Partiyası Məclisinin sabiq sədri Sülhəddin Əkbər yeni təşkilat yaradır.
Sadiq Müsavat funksioneri yeni təşkilat yaradır

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyası Məclisinin sabiq sədri Sülhəddin Əkbər yeni təşkilat yaradır. Bu barədə cümə axşamı Trend-ə Əkbər özü bildirib. Onun sözlərinə görə, Avroatlantik Şura adlanacaq təşkilatda Azərbaycannın hərbi araşdırmalarla məşğul olan və bir sıra başqa QHT-lər daxil olacaq.

Əkbər qeyd edib ki, yaradılacaq təşkilatın başlıca məqsədi Azərbaycanın demokratikləşməsi və Avroatlantik məkana inteqrasiya etməsi istiqamətində işlər görməkdir.

"Bu təşklitatın yaradılmasında məqsəd Azərbaycanın demokratikləşməsini, Avroatlantik məkana inteqrasiya etməsini istəyən bütün təşkilatların fəaliyyətini koordinasiya etməkdir", - o əlavə edib.

Əkbər onu da deyib ki, hazırda təşkilat komitəsinin yaradılması istiqamətində işlər gedir və iyulun 11-də keçiriləcək mətbuat konfransında təşkilat komitəsinin üzvləri ictimaiyyətə təqdim olunacaq.

"Təşkilat komitəsinə "Ehtiyatda Olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli, "Atlas Araşdırmalar Mərkəzi"nin sədri Elxan Şahinoğlu, ehtiyatda olan polkovnik İldırım Məmmədli, sabiq Müsavat funksioneri İbrahim İbrahimli və digər şəxslər daxildir", - o qeyd edib.

Əkbər onu da bildirib ki, təşkilatın sentyabr ayında təsis konfransının keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti