...

Azərbaycanın hakim partiyasında Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 11 İyul 2011 22:51 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Tend-in məlumatına görə, görüşdə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanla Rumıniya arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu bildirib və əlavə edib ki, hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsi olduqca əhəmiyyətlidir.
Azərbaycanın hakim partiyasında Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Tend-in məlumatına görə, görüşdə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanla Rumıniya arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu bildirib və əlavə edib ki, hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsi olduqca əhəmiyyətlidir.

Əhmədov qonaqlara Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən neft strategiyası haqqında məlumat verib. O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkənin ümumi inkişafına mane olur. Əhmədov bu münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə dost Rumıniyaya minnətdarlığının bildirib.

YAP-ın icra katib "Evrovision-2011" musiqi yarışmasında Azərbaycanın qələə qazanmasında Ruminiyanın da rolunun olduğunu vurğulayıb. Azərbaycana Ruminiyadan 12 bal verildiyini xatırladan Əhmədov buna görə minnətdarlığını bildirib.

Demokrat Liberal Partiyasının nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu Rumıniya ilə Azərbaycan arasında qədim tarixi əlaqələrin olduğunu bildirib, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu xatırladıb.

"Eurovision" musiqi yarışmasına gələn il Bakının ev sahibliyi edəcəyini deyən qonaq Azərbaycanın yarışmanı yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu söyləyib.

YAP-la ilə Rumıniyanın Demokrat Liberal Partiyası arasında mövcud münasibətlərin daha da genişləndirilməsi və inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin perspektivləri barədə geniş fikir mübadiləsi də aparılıb.

Sonda rumın nümayəndə heyətinin rəhbəri Əhmədova hədiyyələr verib. YAP funksioneri də öz növbəsidə Ruminiyalı qonağa Azərbaycan xalçası hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti