...

Azərbaycanda sabiq prezidentlər haqqında qanun layihəsi parlamentdə müzakirə olunacaq

Siyasət Materials 14 İyul 2011 12:42 (UTC +04:00)
Azərbaycanda sabiq prezidentlər haqqında qanun layihəsi bir il ərzində parlamentdə müzakirə olunacaq.
Azərbaycanda sabiq prezidentlər haqqında qanun layihəsi parlamentdə müzakirə olunacaq

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sabiq prezidentlər haqqında qanun layihəsi bir il ərzində parlamentdə müzakirə olunacaq.

Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında parlamentin Aparat rəhbəri Səfa Mirzəyev bildirib ki, "Sabiq prezidentlər haqqında" qanun layihəsi üzərində hazırda işlər aparılır.

"Qanun layihəsinin Milli Məclisin 2011-ci il payız və ya 2012-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir", - Mirzəyev deyib.

"Siyasi partiyalar haqqında" qanunla bağlı Aparat rəhbəri deyib ki, qanun layihəsi hazırdır və Venesiya Komissiyasına təqdim olunub.

Onun sözlərinə görə, sentyabr ayında qanun layihəsinin Azərbaycan Parlamenti və Venesiya Komissiyası ilə müzakirəsi gözlənilir.

Mirzəyev deyib ki, müzakirələrdən sonra qanun layihəsi Prezidentə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti