...

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər

Siyasət Materials 18 İyul 2011 15:40 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında münasibətlər inkişaf edir, bu, bir çox hallarda iki ölkə prezidentlərinin intensiv əlaqələri sayəsində baş verir.
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan və Rusiya arasında münasibətlər inkişaf edir, bu, bir çox hallarda iki ölkə prezidentlərinin intensiv əlaqələri sayəsində baş verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Məlumatı "Rossiya 24" telekanalı yayıb.

"Biz yeni Bakı humanitar forumuna hazırlaşırıq. Bu forum bizə iki ölkənin nümayəndələrinin qarşılıqlı fəaliyyəti və bütün həlli tələb olunan mövzuları müzakirə etmək üçün çox maraqlı imkanlar verir", - nazir rusiyalı həmkarı ilə mətbuat konfransında bildirib.

"Rusiya Azərbaycan hökumətinin respublikada rus mədəniyyəti və dilinin qorunub saxlanması və inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Biz oktyabrda növbəti beynəlxalq forumun keçirilməsini müzakirə etdik", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz oktyabrda iki ölkə prezidentinin himayəsi ilə keçiriləcək növbəti Bakı humanitar forumuna hazırlığı müzakirə etdik", - o deyib.

Tərəflər habelə BMT, ATƏT, Avropa Şurası və MDB kimi beynəlxalq formatlarda nümayəndə heyətlərimizin necə əməkdaşlıq etdikləri barədə danışıblar.

"Hesab edirəm ki, danışıqlar tamamilə uğurlu və faydalı oldu", - Lavrov bildirib.

Xəbər lenti

Xəbər lenti