...

Nursultan Nazarbayev sabah Astanada olmağı planlaşdırır - Qazaxıstan XİN

Siyasət Materials 20 İyul 2011 16:18 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iyulun 21-də Astanada olacaq.
Nursultan Nazarbayev sabah Astanada olmağı planlaşdırır - Qazaxıstan XİN

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iyulun 21-də Astanada olacaq. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov Berlində Almaniyanın xarici işlər naziri Gido Vestervelle ilə görüşü başa çatandan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. MƏlumatı RİA Novosti yayıb.

"Bildiyimə görə, Prezident qısamüddətli məzuniyyətdədir və sabah Qazaxıstanda ofisində olacaq", - xarici işlər naziri bildirib. Almaniya XİN-dəki brifinqin Asatanada Qazaxıstan XİN-də yayımı telefonla həyata keçirilib.

Çərşənbə günü "Bild Hamburg" nəşri məlumat verib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev prostat vəzidən əməliyyat olunub. Qəzetin məlumatına görə, 71 yaşlı Nazarbayev Hamburq Universitetinin "Hamburg-Eppendorf" klinikasına yerləşdirilib. Hazırda Prezident özünü yaxşı hiss edir. O, Hamburqun dəbdəbəli hotellərindən birindədir.

Bundan əvvəl Qazaxıstan rəhbərliyindəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Nazarbayev hazırda məzuniyyətdədir. O istisna etməyib ki, prezident xaricdə planlı tibbi müayinədən keçə bilər.

"Hamburg-Eppendorf" klinikasının nümayəndəsi RİA Novosti-nin müxbiri ilə söhbətində KİV-in Nazarbayevlə bağlı məlumatını nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, klinika əməkdaşları qüvvədə olan qaydalara əsasən, öz pasientləri haqqında məlumatları açıqlamırlar. "Mən yalnız onu deyə bilərəm ki, klinikada təhlükəsizlik tədbirləri gücləndirilməyib", - o qeyd edib.

"Bild Hamburg"un məlumatına görə, klinikanı tapmaqda Qazaxıstan tərəfinə Almaniya XİN kömək edib.

Xəbər lenti

Xəbər lenti